22 Dekabr 2024

Bakı tələb etdi, Xocavənddə Njdenin heykəli söküldü

Erməni mediasında faşist Qaregin Njdenin Qarabağın Xocavənd şəhərindəki heykəlinin sökülməsi barədə məlumat yayılıb.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, heykəl artıq demontaj edilib.

“Njdenin abidəsi azərbaycanlıların tələbi ilə sökülərək, Tarix Muzeyinə aparılıb”, – deyə Ermənistan parlamentinin deputatı Sofya Ovsepyan bildirib.

Erməni jurnalist Nairi Ohikyan isə Feysbuk hesabında faşist abidənin şəkilini yayımlayaraq, bu barədə danışıqların aparıldığını bildirib:

“Azərbaycan abidəmizin sökülməsini tələb edir, Rusiya sülhməramlıları isə məsuliyyəti üzərinə götürmək istəmir. Məsələ yalnız kabinetlərdə müzakirə olunsa da, aydındır ki, Azərbaycan istədiyinə nail olacaq, çünki Ermənistan tərəfindən adekvat cavab yoxdur”.