23 Noyabr 2024

“Marsa getmək əvəzinə insanların həyatını xilas edəcəm” – Məşhur milyarderin müsahibəsi gündəm oldu

Microsoft-un həmtəsisçisi, məşhur milyarder Bill Qeyts bildirib ki, Marsa səyahət pulun düzgün istifadəsi deyil, o, vaksinlərə sərmayə qoymağı daha üstün tutur.

Media1.az xəbər verir ki, məşhur milyarderlər arasında kosmos yarışı son vaxtlar gündəmdən düşmür.

SpaceX-in CEO-su Elon Musk Marsı kolonizasiya etməyi hədəfləyərkən, Amazon qurucusu Jeff Bezos Blue Origin adlı şirkəti ilə 2021-ci ildə kosmosa getmişdi.

Texnologiya milyarderi Bill Qeyts isə BBC-yə verdiyi müsahibədə Marsa getməkdənsə qızılca peyvəndini satın almağa üstünlük verəcəyini bildirib.

Microsoft-un həmtəsisçisi Qeyts bu gün dərc olunan müsahibəsində bunları deyib:

“Marsa getmək əslində çox baha başa gəlir. Əvəzində adambaşı 1000 dollara qızılcaya qarşı peyvənd ala və onların həyatını xilas edə bilərsiniz”.

Koronavirus geniş şəkildə dünyaya yayılanda onun haqqında çıxan şayiələ təəccübləndiyini də deyən 67 yaşlı iş adamı sözünə belə davam edib:

“Pandemiya zamanı mənim bu virusu qəsdən yaratdığım və ya başqalarını təqib etdiyim barədə milyonlarla mesaj aldım. Düzdür, peyvənd işində iştirak etmişəm, amma bunu insanların həyatını xilas etmək üçün etmişəm”.

Qeyd edək ki, Bill Qeyts və keçmiş həyat yoldaşı Melinda 21 illik evlilikdən sonra 2021-ci ildə ayrılmaq qərarına gəldiklərini açıqlayıblar. Milyarder yenidən sevgi tapacaqmı sualına “Əlbəttə, mən robot deyiləm” deyib.