İki ölkə arasında olan dostluq əlaqələri daha da uğurlu olacaq

Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır
Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan iki dost ölkələrdir.
Uzun illər ərzində apardığımız uğurlu siyasət bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə çox artırmağı planlaşdırır.
Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır.
Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri var. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir.
Macarıstan Baş naziri Viktor Orban Prezident İlham Əliyev haqqında bu sözləri demişdir: “ Biz xarici siyasətdə bir birimizi başa düşürük. Mən son illər ərzində İlham Əliyevdən çox şey öyrənmişəm. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib.”
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı