Bakı metrosunda maşinist qatar idarə edərkən ÖLDÜ -Prokurorluq araşdırmaya başladı
Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb.
Media1.az xəbər verir ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
****
Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb.
Musavat.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.