Bayden Çindən çəkinir? – Gözlənilməz açıqlama

ABŞ-la Çinin arasındakı kəskin rəqabətə baxmayaraq, ölkələr münaqişə yaratmamalıdır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden CBS televiziyasına müsahibəsində danışıb.
O, Amerikanın vitse-prezidenti olduğu dövrdə ÇXR-in sədri Si Szinpinlə münasibətlərindən danışıb:
“Mən ona hər zaman demişəm ki, ölkələr arasında münaqişə olmamalıdır, amma kəskin rəqabət mütləq olacaq. Mən bunu etmək fikrində deyiləm — o bunu bilir, çünki o da müəyyən siqnalları göndərirdi”.
Bununla yanaşı, o, Si Szinpinlə müzakirə edilə biləcək çox şeyin olduğunu deyib.
“O, çox ağıllıdır və tam güzəştsizdir”, – Bayden əlavə edib.