22 Noyabr 2024

İrəvanı almasaq, düşmənçilik davam edəcək – erməni komandirin müsahibəsinə sözardı

Ermənilərin Azərbaycana qarşı düşmənçilikdən əl çəkməyəcəyini müharibədən sonra da dəfələrlə yazmışıq. Allah millətləri yaradanda ermənilərə heç nəyi artıq verməyib, amma milli xüsusiyyət kimi xəyanət və alçaq təbitəti bunlara bol edib. Yəqin bu millət ona görə heç yanda torpaq tapa bilməyiblər, hər yerdə xəyanət etdikləri üçün qovula-qovula nəhayət, bizim kimi insanpərvər xalqın torpaqlarına sığınıblar və bizə bəla gətiriblər.

“Turan” agentliyinin 44 günlük müharibədə Azərbaycana qarşı vuruşmuş Ermənistan ordusunun kəşfiyyat batalyonunun komandiri Vova Vartanovla geniş müsahibəni oxuyan hər kəs bu millətin başına gələn bəlalardan nəticə çıxarmadığını, bizə düşmənçiliklərindən isə vaz keçməyəcəklərini bir daha anlayar.

Gözlənilməz deyil. Ermənidən həmişə və hər yerdə “türkəm” deyənə xətər gələr. Bunlar hələ ağrıyan yerlərinə dərman sürtməyiblər, başlarına dəymiş zərbədən özlərini düzəldə bilməyiblər, amma dillərini gözlərinə də soxmurlar. Danışırlar və açıq deyirlər ki, biz sizə düşmənik!     

Müsahibəni oxuduqca bu bəla millətin niyə hətta Ermənistanda da bir ortabab şəhərin əhalisi qədər qalmasının səbəbini daha yaxşı başa düşürsən. Ermənistan bir az ağıllı, bir az qüruru olan ermənilər üçün heç vaxt vətən ola bilməz. O səbəbdən dərbədərdirlər, bir az ağıllılaları qaçıb Ermənistan dövlətinin bayrağı altında yaşamaq istəmirlər. Bu qondarma dövlət məhv olmaqdan zorla qurtuldu, işğalçı siyasətləri başlarına uçuruldu, belləri qırıldı, etdikləri cinayətlərə görə artıqlaması ilə cavablarını aldılar. Amma və lakin…

Vova Vartanovun dediklərinə baxın: “Əgər dağlarda möhkəmlənsəydik, sizinkilər çətinliklə keçərdi. Yolda çox sayda şəxsi heyət və texnika itirmiş olardınız və ordumuz sizə ciddi ziyan vura bilərdi. Bu, cəmiyyətinizdə çaxnaşmaya və milli azlıqların müharibədə iştirakdan imtina etməsinə səbəb ola bilərdi. Sadəcə, bizim hərbi-siyasi rəhbərliyimizin dözümü çatmadı. Əks təqdirdə, indi Kürün qıragında danışardıq”. İnanın, başına güllə sıxmalı olan məğlub ordunun kəşfiyyat komandiri  deyir bunu. Axmaq!  

Azərbaycanın hərbi əməliyyatları dayandırması üçün baş nazirləri telefonda yalvarmadığı dünya lideri qalmamışdı, bu isə Kür qırağı xəyalından danışır. Doğrudur, jurnalist həmkarımız batalyon komandiri ilə opponentlik edib və bir çox hallarda onun nə qədər haqsız və yalan danışıdığını üzə çıxarıb. Məsələn, iki il əvvəl, hələ ermənilər bizə status, qondarma ““dqr”i  tanımaq” kimi şərt qoyanda Vova Vartanov yenə “Turan”a müsahəbə veribmiş və yekə-yekə yalanlar danışıbmış. Məsələn, bu utanmaz kəşfiyyatçı deyibmiş ki, “müharibə olsa, Azərbaycan ordusunda bir çox milli azlıqlar, ləzgilər, talışlar, avarlar  döyüşməyəcəklər, fərarilik edəcək, çünki bu, onların müharibəsi deyil”.

Müxbir indi bu yalançı “qəhrəmana” ləzgilər, talışlar, avarlar, ruslar və digərlər xalqları təmsil edən döyüşçülərimizin Şuşanın azad edilməsi daxil olmaqla ən vacib qələbələrimizdə xüsusi rol oynadığını xatırladıb. Ermənistan ordusunda isə ermənilərin fərarilik etdiyi faktlarını yada salıb. Kəşfiyyatçı komandir əlbəttə ki, bu faktları yaxşı bilir, Azərbaycan ordusunun hər bir fərdinin milli kimliyinə baxmayaraq, qələbəmizdə əvəzsiz rolu olduğunu, öz ordularının isə hansı vəziyyətə düşdüyündən xəbərdardı. Təsadüfi deyil ki, müsahibənin bir hissəsində erməni zabit beləcə də deyib: “Ermənistan Respublikasının ordusu döyüşmədi. Ermənistan ordusu boş bir anlayışdır. Ermənistandan olan könüllülər döyüşdülər…” Bu sitat da maraqlıdır: “Hərbi baxımdan və Dağlıq Qarabağ əhalisinin gələcək həyatda qalma perspektivləri üçün Şuşanı deyil, Stepanakerti təslim etmək daha doğru olardı. Laçın, Kəlbəcər, Mardakert və Şuşa bölgəsinin bir hissəsini bu dağ ərazilərini özündə saxlayıb düzənliklərdən uzaqlaşmaq və dağlara getmək lazım idi. Bu halda Qarabağın arxasında Ermənistan dayanacaqdı”.

 Vova Vartanov

“Bizim hərbi-siyasi rəhbərliyimizin dözümü çatmadı, əks təqdirdə, indi Kürün qıragında danışardıq” deyən, Vova Vartanov düşmənçilikdən vaz keçməyəcəklərini etiraf edib

Bəzi döyüş bölgələrində ən elitar hərbi qüvvələrinin ordumuzun qarşısından dovşan kimi qaçdığını unudan düşmən zabiti partizanlıq xəyalları qurur. Görünür, elə hazırda 62 erməni diversantı da 10 noyabr sənədinin imzalanmasından sonra Qarabağa göndərəndə onun kimilərinin ağıllarına uyublar. İndi də “hərbi əsir” deyib, diversantları geri almaq üçün yalvarırlar.   

“Sizə elə gəlmir ki, bu, özünüməhvetmə yoludur”sualına erməni zabit  “Bəlkə də…” deyib və yenə sərsəm şərtlərdən danışıb : “Qarabağın müəyyən statusu şərtilə sülh barədə razılığa gəlmək mümkündür. Bunlar isə öz silahlı qüvvələrimiz, təhlükəsizlik zəmanəti, öz administrasiyamız, polisimiz və s, eləcə də təhlükə olarsa, Ermənistan Silahlı Qüvvələrinin köməyə gəlmə hüququndan ibarətdir”.

Sən demə, Vartanov bu yaxınlarda erməni mediasına müsahibə verib və “ermənilərlə azərbaycanlılar arasında müharibənin nə vaxt bitəcək” sualına belə cavab verib: “Biz Bakını alanda, ya da onlar İrəvanı alanda”. Yəni bu o deməkdir ki, münaqişə erməninin başı İrəvanda əzilməyənədək davam edəcək…Bu bizim yox, onların seçimidir!

Nazim SABİROĞLU,
Musavat.com