22 Dekabr 2024

Xocalı qatili Köçəryan böyük siyasətə qayıtdığını açıqlayıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 12 illik fasilədən sonra yenidən böyük siyasətə qayıtdığını bəyan edib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

2008-ci ilin 1 mart hadisələri zamanı qətlə yetirilənlərlə bağlı neçə müddətdir mühakimə olunan Qarabağ klanının başçısı iddia edib ki, hazırda “başa düşülən və güclü şəxsiyyətlər”ə böyük ehtiyac var. Köçəryan deyib ki, adamlar populizmin, rəngli inqilabların və təcrübəsiz şəxslərin işlərini dadıblar. Ardınca eks-prezident deyib ki, parlament seçkiləri olacaqsa, komandası ilə prosesdə iştirak edəcək və qalib gələcək.

Belə görünür ki, 17 partiyanın baş nazir Nikol Paşinyanın istefasını tələb etməsi, Qarabağ klanı ilə keçirilən son görüş və daha sonra Moskvaya səfər etməsi Köçəryanı həvəsləndirib. Rusiyada ona nə deyildiyi isə hələlik məlum deyil. Amma Ermənistan əhalisi Qarabağ klanından canını qurtarmaq istəyir, bunu R.Köçəryanın mühakimə olunduğu aylar ərzində ictimaiyyətin etinasız münasibəti də təsdiləyir.