22 Dekabr 2024

Lavrov Ayvazyanla Qarabağla bağlı razılaşmaları müzakirə edib

10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələri icrasını barədə müzakirələr aparılıb 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Ara Ayvazyanla telefon danışığı olub.

AYNA TASS-a istinadən xəbər verir ki, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ üzrə razılaşmalarını müzakirə ediblər.

“XİN rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının icrasını, həmçinin, İşçi qrupunun 2021-ci il 30 yanvar tarixində Moskvada üç ölkənin hökumət başçısının müavinlərinin həmsədrliyi ilə keçirilmiş iclasının nəticələrini müzakirə etdilər”, – deyə Rusiya XİN-in məlumatında deyilir.