Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ş.Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Onun hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Fakatla bağlı araşdırma aparılır.