22 Dekabr 2024

Məhkəmə Səlim Müslümov haqqında 4 aylıq həbs qərarı verdi

Bu gün Səbail Rayon Məhkəməsi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barədə qərar verib.

Musavat.com Sabah.az-a istinadən xəbər verir ki, eks-nazir barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

S.Müslümov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda təqsirləndirilir.