Mixael Şumaxerin bolidi rekord qiymətə satılıb
“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin 1998-ci ildə idarə etdiyi Ferrari F300 avtomobili Cenevrə şəhərində Sotheby`s auksionunda rekord qiymətə – 14,6 milyon ABŞ dollarına satılıb.
Bu barədə “Report” “Forbes” nəşrinə istinadən xəbər verir.
Əvvəlki rekord da Şumaxerin avtomobilinə məxsus idi. Onun 2001-ci ildə “Royal Race”də çempionluq əldə etdiyi avtomobil 2017-ci ildə 7,5 milyon dollara satılıb.
Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.