18 Oktyabr 2024

Azərbaycanda kafe və restoranlar açıldı

Azərbaycanda bu gündən etibarən ictimai iaşə obyektləri,  eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur.

Media1.az
Musavat.coma istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah dekabr ayının 16-da qərar verib.

Qərara əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.

Bu yerlərdə pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.