Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ! – sentyabrın 11-də…
Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək.
DİM-dən Media1.az-a verilən xəbərə görə, imtahanda iştirak üçün 72 namizəd qeydiyyatdan keçib.
Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı sentyabrın 11-də keçiriləcək.
İmtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).
İmtahana qeydiyyat 2022-ci il avqustun 11-dən 9 sentyabr saat 14.00-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.