23 Dekabr 2024

“Sabahdan bizi yeni bir təhsil sistemi gözləyir”- Kamran Əsədov

Fevralın 1-dən başlayan yeni tədris prosesində hansı yeniliklər olacaq?

Sabah fevralın 1-dən etibarən Azərbaycamda təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur. Yeni tədris prosesində hansı yenilik və dəyişikliklər olacaq? Müəllimlər kimi şagirdlərin də tibbi maska taxmaq tələbi varmı?

Bu və digər suallarla bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb: “İlk öncə qeyd edim ki, fevralın 1-dən tədris prosesinin bərpası ilk mərhələdə 1-4-cü sinif şagirdlərini əhatə edəcək. Əgər bu zaman yoluxma sayında ciddi şəkildə artım olmasa bu zaman iki həftədən sonra 5-9-cu siniflərin də tədrisi bərpa olunacaq. Bir məqamı qeyd edim ki, Bakı şəhərində fevral ayının 1-dən etibarən 27 min şagirdin məktəblərə getməsi gözlənilir. Əlbəttə ki, bu mərhələli şəkildə həyata keçiriləcək.

Fevralın 1-dən tədris prosesi ümumilikdə ölkə üzrə 600 mindən çox şagirdi əhatə edəcək. Burada bir neçə vacib məqam var. Fevralın 1-dən sonra şagirdlər dərsə başlayanda dərs prosesində qoruyucu maskadan istifadə etmək kimi zəruri tələb qoyulmayacaq. Lakin müəllimlər mütləq şəkildə tibbi maskalardan istifadə etməlidirlər.

İkinci vacib məqam ondan ibarətdir ki, məktəblilər məktəbə daxil olan məktəblinin dostları və yaxud məktəblərdə ayrılmış şəxslər onların hərarətlərini ölçəcəklər. Əgər hansısa şagirdin hərarəti 37 və ondam yüksək dərəcədə olacaqsa, onların tədris prosesinə buraxılması nəzərdə tutulmur. Ümumiyyətlə, xəstəliklə bağlı hər hansı əlaməti olan şagird məktəbə buraxılmayacaq.

Bundan başqa məktəblərin giriş hissəsinə dezinfeksiya vasitələri olan xüsusi qutular yerləşdirilib. Şagirdlərin əlləri mütləq şəkildə dezinfeksiya olunacaq”.

Kamran Əsədov dərslərin müddətinin də azaldığını diqqətə çatdırıb: “Şagirdlər əvvəlki kimi 45 dəqiqə deyil, 30 dəqiqə dərs keçəcək. Eyni zamanda fənlərin tədrisində də dəyişikliklər var. Belə ki, əvvəlki kimi bir partada iki şagird deyil, bir şagird əyləşəcək. Ara məsafəsi olaraq ən azı 1,5 metr tələbi qoyulub.

Daha bir məqam, şagirdlər bədən tərbiyəsi dərsi keçməyəcək. Bakı, Abşeron, Sumqayıt şəhərlərində şagirdlər həftədə 3 dəfə, modul tipli məktəblərdə, hansı ki, həmin məktəblərdə şagird sayı azdır orada şagirdlər həftədə 5 dəfə məktəbə gedəcək.

Hazırda ölkənin 4447 orta ümumtəhsil məktəbinin 51 faizində şagird sayı 200-dən azdır. Bu o deməkdir ki, şagird sıxlığı az olan məktəblərdə dərslər həftədə 4-5 dəfə olacaq. Yalnız Bakı, Abşeron, Sumqayıt şəhərlərində dərslər həftədə 3 dəfə nəzərdə tutulur. Bu zaman da sinifdəki şagirdlərin sayı bölünəcək. Yəni, əvvəlkindən fərqli olaraq siniflərin şagirdlərinin hamısı eyni vaxtda məktəbə getməyəcəklər. Xüsusi olaraq, yarım qruplara bölünmə nəzərdə tutulur.

Həmçinin məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək. Yəni, şagirdlər mütləq şəkildə evlərindən yemək aparmalıdırlar.
Məktəblərin giriş və çıxışları da ayrı olacaq. Məktəblərin qarşısına bununla bağlı tələb qoyulub ki, sıxlıq yaranmasın.
1-ci sinif şagirdləri bədən tərbiyəsi fənnindən başqa digər bütün fənləri keçəcəklər. Digər 2-3-4-cü sinif şagirdləri üçün isə əasasən Azərbaycan, riyaziyyat, xarici dil fənlərinə üstünlük veriləcək.

Beləliklə, bizi sabahdan yeni bir təhsil sistemi gözləyir. Hibrid formada təhsilə keçmək zəzuridir, çünki bizim bir çox şagirdlərimiz onlayn qaydada dərsləri mənimsəyə bilmirdivə yaxud xeyli sayda şagirdin interneti və avadanlıqları yox idi”.