22 Dekabr 2024

Bərdədə “Gender bərabərliyi”mövzusunda tədbir keçirilib

Mədəniyyət idarəsinin rəisi Vəsilə Möhsümova Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Gender bərabərliyi” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Gender bərabərliyindən danışan regional Mədəniyyət  idarəsinin rəisi Vəsilə Möhsümova bu gün nəinki ailə, məktəb və iş yerləri, həmçinin yeni informasiya texnologiyalarının, müsiqi, filmlər də daxil olmaqla kütləvi informasiya vasitələrinin də sosiallaşmaya təsir göstərdiyini qeyd edib. Bildirib ki, Konstitusiyanın qəbulundan sonra respublikamızda gender balansının qorunması istiqamətində də mühüm addımlar atıldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olub.

Vəsilə Möhsümova ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu və müstəqil, demokratik respublikamızda qadın hüquqlarının bu gün də yüksək səviyyədə müdafiə edildiyini vurğulayıb.

Tədbir diskussiya şəkilində davam edib və gənclər tədbirin mövzusu ətrafında öz fikirlərini bölüşüblər.

Media1.az