28 Avqust 2025

Sumqayıtda xəstəxanada yanğın olub – FOTO

Sumqayıtda xəstəxananın həyətində yanğın baş verib.

Media1.az Oxu.Az-a istinadən xəbər verir ki, söhbət Travmatologiya Xəstəxanasından gedir.

Yanğın xəstəxananın həyətindəki yarımtikilidə baş verib.

FHN-dən Oxu.Az-ın sorğusuna verilən cavabda yanğın faktı təsdiq edilib. Bildirilib ki, hazırda əraziyə yanğınsöndürən maşınlar cəlb olunub:

“Hazırda yanğının söndürülməsi tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək”.