18 Oktyabr 2024

Moskvada güclü yanğın baş verib

Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində güclü yanğın baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, sənaye müəssisəsində qaz balonları partlayır.

Yanğın mümkün olan beş çətinlik səviyyəsindən üçüncüsünə aid edilib.