18 Oktyabr 2024

Ermənilər döyüş meydanından daha 15 hərbçinin meyitini götürdülər

Yanvarın 29-da Qarabağdakı separatçıların axtarış qrupu döyüş meydanından daha 15 hərbçinin meyitinin qalıqlarını aşkarlayıblar. 

Media1.az xəbər verir ki, Musavat.com bununla bağlı erməni mediasına istinad edib.

Bildirilir ki,  1 hərbçinin meyiti Xocavənddə, 13-ü Cəbrayılda tapılıb. Daha bir hərbçinin meyitini isə Azərbaycan tərəf ermənilərə təhvil verib. Hərbçilərin şəxsiyyətini dəqiqləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin olunub. Bu gün axtarışlar Hadrut ərazisində və Zəngəzurla sərhəd bölgədə aparılacaq.

Qarabağ erməniləri bugünədək 1344 meyit toplayıbar.