İndiyədək 50 minə yaxın şəxs peyvənd olunub
Bu günədək Azərbaycanda 50 minə yaxın şəxs koronavirusa qarşı vaksinasiya olunub.
Bu barədə azvision.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, peyvənd olunan şəxslərin əskəriyyəti səhiyyə işçiləridir.
Qeyd edək ki, yanvarın 18-dən etibarən ölkəmizdə koronavirusa qarşı vaksinasiyaya başlanılıb. İlkin mərhələdə risk qrupundan olan səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiya olunur.