23 Dekabr 2024

Azərbaycanda son sutkada 437 nəfər COVID-19-dan sağalıb, 209 nəfər yoluxub, 8 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Media1.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 793 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 154 nəfər müalicə olunaraq sağalıb, 3 113 nəfər vəfat edib. Hazırda 4 526 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 060, bu günə qədər isə ümumilikdə 2 387 134 test icra olunub.