Güclü külək gəlir – XƏBƏRDARLIQ
![](https://media1.az/wp-content/uploads/2021/01/0504ee5b6aeccfc1aa2ea6f97898598a.jpg)
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
ETSN-dən Media1.az-a daxil olan xəbərdarlığa görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşamdan 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.
Yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 20-25 m/s-dək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.