10 Avqust 2025

Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində “Məzun-2022” adlı tədbir keçirilib

Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbi 2021/2022-ci tədris ilinin skripka şöbəsinin  şagirdlərinin məzun gününə həsr olunmuş tədbir  keçirib.

Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova istedadlı şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq ölkəmizdə mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından, uşaq musiqi və incəsənət məktəblərinin əldə etdikləri uğurlardan danışıb. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin daim əziz tutulduğunu bildirib.

Vurğulayıb ki, onlar həmişə öz dövlətləri, xalqı və qəhrəmanları ilə qürur duymalıdırlar. Əminik ki, Vətənə layiqli övlad kimi fəaliyyət göstərəcəklər.

Tədbir skripka sinifinin şagirdlərinin rəngarəng musiqi nömrələri ilə davam edib.

Media1.az