İranda ötən sutkada koronavirusdan 91 nəfər ölüb
İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 91 nəfər ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 57 651 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6608 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 392 314 nəfərə çatıb.
Koronavirus daşıyıcılarından 4024 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 183 463 nəfər koronavirusdan sağalıb.