Xırdalanda dağıntılar altından çıxarılmış şəxslərdən 5 nəfəri evə buraxılıb
Xırdalanda baş verən hadisə nəticəsində yaralananaların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Musavat.com-a bildirilib ki, xəstələrdən 5-i evə buraxılıb:
“Əliyev Emil, Hüseynov Arif, 11 yaşlı Musayev Firuddin, Ələzova Simayə və Şükürzadə Xədicə evə buraxılıblar”.
Partlayış zamanı ağır bədən xəsarətləri alan Vusal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.