12 Dekabr 2024

Rusiya Ukraynada hərbi üstünlüyü ələ alır – səbəb nədir?

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğal davam edir. Kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi misli görünməmiş sanksiyalar rus hərb maşınını durdura bilmir və Ukrayna hərb meydanında geriləyir. Hazırda Donbasda şiddətli döyüşlər gedir və Ukrayna ordusu qəhrəmanlıqla döyüşsə də, geriləyir. Severodonetsk şəhərində gedən döyüşlərdə müşahidə olunan budur ki, Rusiya ordusu Ukrayna hərbçilərini mühasirəyə almağa çalışır və ‘’ikinci Mariupol’’ əməliyyatı hazırlayır. Döyüşən hərbi hissələri mühasirəyə almaq və onların təslim olmasını təmin etmək  -Rusiyanın hazırda məqsədi budur.

Necə oldu ki, bu qədər dəstək verilən Ukrayna ordusu inadlı döyüşlərə rəğmən, geri çəkilir və sanksiyalarla çökdürüldüyü deyilən Rusiya isə bütün təzyiqlərə rəğmən irəliləyir və dünyanın gözü qarşısında Ukrayna torpaqlarını işğalda davam edir? Proses haraya gedir və Rusiyanı dayandırmaq niyə mümkün olmur?

Mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Musavat.com-a danışıb: “Tətbiq edilmiş sanksiyalar, təcridlər Rusiyada çox təhlükəli bir dövr yaradıb. Bu ölkənin elitasında ciddi dəyişikliklər qaçılmazdır. Bu da həm iqtisadi, həm də siyasi böhrana gətirib çıxaracaq. Lakin tətbiq edilən sanksiyaların, təcridlərin təsirləri üçün vaxt lazımdır.  Yəni bu təsirlər dərhal olmur. İkincisi,  Ukraynaya vəd edilən yeni silahların əsasında olan dəyişiklikləri  görmək üçün vaxt lazımdır və bu, bir neçə ayın məsələsidir. Beləliklə, Ukrayna indi ən çətin dövrlərdən birini yaşayır. Yəni  qeyd etdiyim kimi, perspektiv baxımından yeni amillər, sanksiyalar gec və ya tez təsirini göstərməyə başlayacaq,  lakin buna vaxt lazımdır. Hazırda isə məsələ çox təhlükəlidir. Lakin o da məlum deyil ki, Ukraynanın bu vaxtı qazanmağa imkanı olacaq, ya yox. 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “Ukraynaya verilən yeni silahların əsasında olan dəyişiklikləri görmək üçün aylar lazımdır”

Bu indiki mərhələnin əsas məsələsidir. Doğrusu, hesab edirəm ki, indi müvəqqəti də olsa hansısa atəşkəsə nail olmaq Ukrayna üçün ümid olardı. Baxın görün, neçə il bizə lazım oldu ki, vəziyyəti dəyişdirək və baş verən, əldə olunan nəticələr onu göstərdi ki, bizim siyasətimiz tam düzgün idi. Yəni hər bir ölkə, dövlət öz real imkanları təbliğatdan kənar olaraq real qiymətləndirilməli və onun əsasında qərarlar qəbul olunmalıdır”.

Siyasi ekspert Elçin Xalidbəyli isə qeyd etdi ki, Ukrayna savaşının əsas ssenari müəllifləri ABŞ və Böyük Britaniyadır: “Digər dövlətlərin mütləq əksəriyyəti isə Rusiyaya qarşı beynəlxalq koalisiyada məcbur edildiklər üçün təmsil olunurlar. Ona görə də, bu müharibə ABŞ və Böyük Britaniyanın planlarına uyğun davam edir. Əslində, bu savaş yalnız Rusiya və Ukrayna arasında cərəyan etmir. Yəni müharibənin iqtisadi cinahında anqlosakslarla Qərbi Avropa ölkələri də bir-biri ilə rəqabət aparırlar.

İcra hakimiyyətlərinin özbaşınalığından xilas olmaq üçün real şans  yarandı...- Elçin Xalidbəyli

Elçin Xalidbəyli: “Elə etməyə çalışırlar ki, Ukrayna üstünlüyü ələ ala bilməsin, ancaq savaşda da məğlub olmasın”

Rusiyanın Ukrayna savaşında məğlubiyyəti anqlosakslara – ABŞ və Böyük Britaniyaya sərfəlidir. Avropa Birliyinin avanqard ölkələri olan Qərbi Avropa dövlətlərinə – Almaniya, Fransa və İtaliyaya Rusiyanın məğlubiyyəti qətiyyən sərfəli deyil. Çünki Qərbi Avropa üçlüyü artıq anlamağa başlayıb ki, Ukrayna savaşı yalnız Rusiyaya deyil, həm də Avropa Birliyi üçün də xüsusi hazırlanmış “maliyyə-iqtisadi və hərbi bataqlıq”dır. 

Kremlə qarşı tətbiq olunan sanksiyalar Rusiya ilə yanaşı, Avropa Birliyini də “vurur”. Yəni ABŞ və Böyük Britaniya planlı şəkildə Rusiya ilə paralel olaraq, Avropa Birliyini də çökdürmək niyyətindədir. Çinin əsas iqtisadi-ticari tərəfdaşı məhz Avropa Birliyi ölkələri olduğu üçün bu nəhəng ölkə də Ukrayna savaşının, Rusiyaya qarşı sanksiyaların və “qoca qitə”də yaradılmaqda olan böhranın hədəfindədir.

Təbii ki, bütün bunlar Ukrayna savaşının inkişaf istiqamətlərinə təsir göstərir. Kollektiv Qərb anlayışının şişirdilmiş faktor olduğu artıq qətiyyən şübhə doğurmur. Rusiyaya qarşı beynəlxalq koalisiyanın parçalana biləcəyi də istisna deyil. Hazırda Almaniya, Fransa və İtaliya Rusiyaya dəstək verməyə çalışırlar. Bu ölkələr Ukraynaya vəd etdikləri müasir silahların göndərilməsini də müxtəlif bəhanələrlə gecikdirirlər. Ukraynanın Rusiyaya ərazi güzəştləri çərçivəsində sülh sazişinin imzalanmasına lobbiçilik edirlər.

Belə vəziyyətdə Ukraynanın silah-sursat və müasir silahlarla təchizatında ABŞ-Böyük Britaniya cütlüyü əsas rol oynayır. Əslində, ABŞ və Böyük Britaniya da Ukraynanın tez qalib gəlməsində və savaşın tez bitirilməsində maraqlı deyil. Ona görə də, bu iki dövlət də Ukraynaya müasir silahları xüsusi plan əsasında, hətta konkret “porsiya” ilə verir. Elə etməyə çalışırlar ki, Ukrayna üstünlüyü ələ ala bilməsin, ancaq savaşda da məğlub olmasın. Yəni elə vəziyyət yaransın ki, bu savaş mümkün qədər uzun müddət davam etsin. Çünki bu halda, Rusiya, Avropa Birliyi və onlarla yanaşı, Çin də ziyan çəkəcək, tədricən zəifləməyə başlayacaq.

Ona görə də, Almaniya, Fransa və İtaliya Ukrayna savaşının mümkün qədər tez bir zamanda bitməsinə cəhd göstərir. Rusiya isə Ukrayna ilə danışıqlar masası arxasına dərhal oturmağa hazırdır. Kremldə itirilmiş vaxtın Rusiyaya çox baha başa gələcəyini tam dəqiqliyi ilə anlayırlar.  Əslində, Rusiyanın dayandırılması ilə bağlı elə bir ciddi problem yoxdur. Sadəcə, bu savaş yalnız müharibəni planlaşdıranlar – ABŞ və Böyük Britaniya istədiyi vaxt dayandırılacaq. Ukrayna isə ABŞ və Böyük Britaniyanın icazəsi olmadan danışıqlar masası arxasında oturmayacaq”.

Məşhurların övladları: Pənah Hüseynin hüquqşünas oğlu - FOTOLAR

Vaqif Hüseyn: “Rusiyanın Ukraynada irəliləməsinin tək səbəbi ordusunun say üstünlüyüdür”

Politoloq Vaqif Hüseyn isə qeyd etdi ki, Rusiyanın Ukraynada irəliləməsinin tək bir səbəbi ordusunun say üstünlüyüdür: “Ukraynadakı bütün silahlara və Qərbin verdiyi yardımlara rəğmən Rusiya ordusu şəxsi heyət,  hərbi texnika barəsində qat-qat üstündür. Bu baxımdan hər nə qədər itki versə də, Rusiyanın hərbi ehtiyatları çoxdur və buna arxalanaraq  Ukraynada geniş miqyaslı əməliyyat həyat keçirməkdədir.

Əlbəttə ki, dəhşətli itkilər baş verərsə, Rusiyanın bu savaşı dayandırması ehtimalı çox böyükdür.

İkinci səbəb isə ondan ibarətdir ki, Rusiya hava hərbisi sahəsində də üstündür. Demək olar ki, Ukraynanın təyyarəsi yoxdur, həmçinin hava hücumuna qarşı heç nə edə bilmir. Bu da Ukrayna ordusunun geniş miqyaslı əks hücum etməsinə mane olur. Əgər hava hərbi sistemini ələ ala bilsə, Ukrayna nələrsə əldə edə bilər.

İraqın Küveytə təcavüzü zamanı beynəlxalq, qlobal səviyyədə geniş bir koalisiya quruldu və İraq ordusu geri çəkilməyə məcbur oldu. Beləliklə, bu cür koalisiyanın qurulması halında Rusiyanı dayandırmaq olacaq. Bunun üçün də müttəfiqlərin mütləq mənada qəti mövqe sərgiləməsi lazımdır”.

Xalidə Gəray
Musavat.com