Ermənistanda etirazçılar yolu bağladılar: təcili yardım maşınına atəş açıldı- VİDEO

Ermənistanda etiraz aksiyaları davam edir.
Musavat.com xəbər verir ki, Kafan rayonu ərazisində bir qrup etirazçı yolu bağlayıb. Onların arasında hətta təcili yardım maşınları belə keçə bilməyib. Aksiyaçılar yolda hərəkət etmək istəyən maşınlara atəş açıblar.
Hazırda ümumən Ermənistan ərazisində bu kimi etiraz aksiyaları və qarşılıqlı suçlamalar səngimir.
Yuxarıda qeyd etdiyimiz aksiyadan yayılan videonu təqdim edirik: