Füzulidə mülki şəxs minaya düşdü

Füzulidə mülki şəxs minaya düşüb.
Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində bir nəfər minaya düşüb, nəticədə ağır bədən xəsarətləri alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda həmin faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.