23 Dekabr 2024

Ukraynada öldürülmüş azərbaycanlılar Göygöldə dəfn edildilər – YENİLƏNİB + FOTO

Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman naməlum silahlı dəstə tərəfindən qətlə yetirilən Azərbaycan vətəndaşı olan bir ailənin dörd üzvü Göygöldə dəfn edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, onlar Göygöl rayonunda, Murovdağ qəbiristanlığında torpağa tapşırılıblar.

08:30

Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilmiş azərbaycanlıların nəşləri Gəncənin Gülüstan qəsəbəsinə gətirilib.

APA-nın xəbərinə görə, onlar bu gün Göygöldə dəfn olunacaqlar.

Xatırladaq ki, 27 fevral tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq həmyerlimiz 8 avtomobildə Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd-keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşları Nemət İsmayılov və Azər İsmayılov hadisə yerində həlak olublar, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandırlar və Gəncə şəhərində məskunlaşıblar.