22 Noyabr 2024

İctimai iştirakçılığı tənzimləyən qanunvericiliyə dəyişikliklər hazırlanacaq

“Konstitusiya” Araşdırmalar Fondu təkliflər paketi təqdim edəcək.

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda ictimai iştirakçılıq praktikasının təkmilləşdirilməsi” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi Azərbaycanda ictimai iştirakçılığı tənzimləyən qanunvericiliyin və onun praktikada tətbiqinin təkmilləşdirilməsidir. Layihənin icra müddəti 4 aydır. Bu müddət ərzində ictimai iştirakçılıqla bağlı milli və beynəlxalq qanunvericiliyin analizi aparılaraq ictimai iştirakçılığı tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanacaq. Təkliflər paketi aparıcı QHT və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilərək müvafiq dövlət orqanları və parlamentə təqdim olunacaq.

Layihə fəaliyyətləri ictimai iştirakçılıqla əlaqədar mövcud probemlərin həllinə qanunvericilyin təkmilləşdirilməsiylə yardım göstərilməsini nəzərdə tutur. İctimai iştirakçılığın formalarından istifadə olunmasında yaranmış çətinıiklərin həlli üçün yeni mexanizmlər yaradılması da layihənin hədəfləri sırasındadır.