Britaniyada son sutkda koronavirusa 45 mindən çox yoluxma qeydə alınıb

Koronavirusa yoluxanların sayı artmağa davam edir
Böyük Britaniyada son sutka ərzində 45 533 nəfər koronavirusa yoluxub.
AYNA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.
Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 164 051 nəfərə çatıb.
Son sutka ərzində 1243 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 83 203 nəfərə çatıb.