22 Noyabr 2024

Polis əməliyyat keçirib, 10 ədəd silah götürülüb

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

Bu barədə “İki sahil”ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.