Astarada meşə yanır
Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın başlayıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 hketar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.
Əlavə məlumat veriləcək.