21 İyun 2025

Bakıda 18 yaşlı qız intihar etdi

Bakıda 18 yaşlı qız intihar edib.

media1.az APA-ya istinadən bildirir ki, hadisə bu gün Yasamal rayonunda “Qələbə residence” binalarında qeydə alınıb.

Orada yaşayan 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva özünü binadan ataraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, F. Nəftəliyevanın intihar etməsi faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.