20 İyun 2025

Sabirabadda 21 yaşlı oğlan intihar etdi

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

ARANTV.AZ report-a istinadən bildirir ki, hadisə rayonun Bulaqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü İmanov Rəhim İbrahim oğlu yaşadığı evin həyətində yarımtikilidə özünü asaraq intihar edib.

Hadisənin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.