06 Fevral 2025

Tanınmış yazıçı Aqşin Babayevin 85 illik yubileyi keçirilib.

Azərbaycan ədəbi-bədii mühitinin tanınmış simalarından olan Aqşin Babayevin 85 yaşı tamam olur.

Aqşin Babyevin ədəbi-bədii fəaliyyəti sayəsində Azərbaycan ədəbiyyatı zənginləşmiş, yeni ruhlu şerlər, hekayələr, pyeslər yaranmışdı. Ekran dramaturgiyasınının inkişafında da Aqşin Babayevin misilsiz xidmətləri olmuşdur.

Aqşin Babayevin çoxşaxəli fəaliyyətində jurnalistika və pedaqogikada mühüm yer tutur. Onun televiziya və radiodakı işgüzar, məhsuldar,yaradıcı fəaliyyəti jurnalistikanın uğurları deməkdir. Bir-birindən maraqlı verilişlər tamaşaçı və dinləyicilərin rəğbətinə səbəb olmuş, sevilmişdir.

Pedeqoji fəaliyyətini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetində həyata keçirən Aqşin Babayev tələbələrinə xüsusi qayğı ilə yanaşır, onlara həssas münasibət göstərir, auditoriyada verilən suallara maraqlı cavablar verirdi.

İndi mən, bu əvəzsiz insanı həyatda gördüyüm, onun dərsini dinlədiyim üçün özümü xöşbəxt tələbələrdən sayıram. Bir dəfə Nazim Hikmətin pyeslərini təhlil edirdik. “Yusif və Züleyxa” pyesində Yusifin əli-qolu bağlı, çiyinlərinə ağır daş yüklənib,cəzalandırılmasında müəllifin məqsədini izah etmək lazım idi. Cavabım, quldarlıq qurluşunun ağır yük kimi insanları əzdiyini demişdim.Müəllifin ideomatikasında fərqli cavab olduğunu demiş, ancaq cavabımı maraqlı hesab etmişdir. Aqşin Babayev müəllim , professor kimi yaddaşımda nurlu çöhrəsi ilə belə qalıb.

Bu gün Aqşin Babayevin 85 yaşı tamam olur. Onun əziz xatirəsi Azərbaycan ziyalı mühitində ehtiramla yad edilir.

Media1.az xəbər verir ki, noyabrın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetində yazıçı, dramaturq, şair, professor Aqşin Babayevin 85 illik yubileyi qeyd olunub.

Yubiley tədbirini İlham Rəhimli açaraq Aqşin Babayevin həyat və fəaliyyəti ilə tamaşaçıları tanış edib. Yubilyarın şerləri səsləndirilib, ekranlaşmış sənədli materiallar nümayiş olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetinin rektoru Ceyran Mahmudova, xalq şairi və millət vəkili Sabir Rüstəmxanlı Aqşin Babayev haqqında xatirələrini bölüşmüş, ədibin yaradıcılığı barədə yüksək və dəyərli fikirlərini bildirmişdilər.

Musa Muradlı- Media1.az