Meksikada naməlum şəxslər 10 nəfəri öldürüb
Meksikanın mərkəzindəki Sakatekas ştatının Kuautemok bölgəsində kütləvi qətl hadisəsi qeydə alınıb.
Media1.az Report-a istinadən xəbər verir ki, magistral yolun üzərində 10 nəfərin meyiti tapılıb.
Ekspertlər qurbanların şəxsiyyətini müəyyənləşdirir.
Bölgədə fəaliyyət göstərən cinayətkar icmalardan hansının məsuliyyət daşıyacağı hələlik məlum deyil.
Qeyd edək ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Sakatekasda 900-ə yaxın insan zorakılığın qurbanı olub. Milli Statistika və Coğrafiya İnstitutunun iyun ayında keçirdiyi sorğuya əsasən, ştatın ən böyük şəhərlərindən biri olan Fresnillo sakinlərinin 95%-dən çoxu özlərini təhlükəsiz hiss etmir.
Rəsmi rəqəmlərə görə, yanvar-sentyabr aylarında Meksikada 25 400 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb ki, bu cinayətlərin təxminən 50%-i Quanaxuato, Mexiko, Miçoakan, Aşağı Kaliforniya, Xalisko və Çihuahua ştatlarında törədilib.