Bərdədə gənclər üçün karyera və məşğulluqla bağlı təlim təşkil olunub

Noyabrın 18 -də bərdəli gənclər üçün Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı “Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” layihəsi çərçivəsində təlim həyata keçirib.
Media1.az xəbər verir ki, təlim Heydər Əliyev Mərkəzində yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyində keçirilib.
Bərdə rayon İcra Hakimiyyətinin Başçısının müavini, YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət xanım Şadlinskaya əvvəlcə ADGT sədri, YAP İdarə heyətinin üzvü Asif Əsgərli və layihə rəhbəri Gülnarə Bağırovanı , eləcə də təlimdə iştirak edən gəncləri salamlayıb. Daha sonra aktual mövzudan bəhs edən layihənin Bərdə rayonunda icra olunmasını yüksək qiymətləndirib. Bunun üçün də qonaqlara minnətdarlığını bildirib.
Bərdə rayon Gənclər İdarəsinin rəis müavini Aydın Qasımov da çıxış edərək gənclərin karyera və məşğulluğunun yüksək təhsil və peşə bacarıqlarına bağlı olduğunu deyib. Gənclərə peşəkar vərdişlərin qazanılması istiqamətində daim öz üzərlərində çalışmalarını tövsiyyə edib. Qeyd edib ki, bacarıqlı , işini bilən gənclərə daim,hər zaman ehtiyyac var.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin rəhbəri bildirib ki, Bərdə rayonunda da gənclərin işlə təmin olunmasında çətinliklər müşahidə olunur. Belə bir şəraitdə “Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” layihəsi təlimdə iştirak edən gənclərin yeni biliklər alması baxımından əhəmiyyətlidir.
Sonra layihə rəhbəri Gülnarə Bağırova layihənin məqsədi, qarşıda duran vəzifələr, yekunda gənclərin qazana biləcəyi yeni bacarıqlardan danışıb.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli Karyera və məşğulluqla bağlı fəaliyyətlər, ehtimallar, nəzəri və praktik məsələlərdən bəhs edib.
Təlim gənclərlə diskusiya şəraitində başa çatıb.
Onu da qeyd edək ki, təlimin keçirilmə vaxtı 18-20 noyabr aralığını əhatə edir.
Təlimlərin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.









