21 İyun 2025

Konqoda qayıq batıb, 8 nəfər ölüb, onlarla insan itkin düşüb

Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətinin Kalehe bölgəsində 120 sərnişini olan qayıq batıb.

Musavat.com Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb. İtkin düşənlərin sayı 40-a yaxındır. Qayığın hansı səbəbdən batdığı hələ məlum deyil.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.