Bərdə kitabxanasında”Milli qürurumuz, Zəfər günümüz”adlı tədbir keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin MKS-nin 2 nömrəli kitabxana filialında Zəfər günü ilə əlaqədar olaraq “Milli qürurumuz, Zəfər günümüz” adlı tədbir təşkil edilib.
Media1.az xəbər verir ki,tədbirin açılışında əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
2 nömrəli kitabxana filialınının müdiri Nərgiz Cəfərova çıxış edərək birinci qarabağ döyüşlərində şəhid olan Mübariz Kərimov haqqında danışıb. Sonra söz şəhidin həyat yoldaşı Səlmi xanıma verilib. Həyat yoldaşı haqqında danışan Səlmi xanım şəhid Mübariz haqqında xatirəlarini söyləyib.
Tədbirdə həmçinin İkinci Qarabağ döyüşlərində şəhid olan Çəfərli Təbriz İlqar oğlunun bacısı Nuranə Nəbiyeva,Mərkəzi kitabxananın əməkdaşları Tamaşa Məmmədova, Mətanət Əkbərova və kitabxananın fəal oxucuları iştirak ediblər.
Sonda məktəblilər,Nəbiyeva Aynişan Tural qızı, Nəbiyeva Yağmur Zaur qızı və Rəbiyyə Qasımlı zəfər gününə aid şeirlər söyləyilər.
Nilufər Əliyeva

