24 Dekabr 2024

Yevlaxda “Vətən Naminə” sənədli filminin nümayişi keçirilib.

13 oktyabr 2021-ci il tarixdə YAP Yevlax Rayon Təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə YAP Yevlax Rayon Təşkilatının inzibati binasında DQİDK tərəfindən çəkilən Vətən müharibəsinə həsr olunmuş “Vətən Naminə” sənədli filminin nümayiş keçirilib.
Tədbirdə YAP Yevlax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin və Gənclər Evi Sosial Xidmət müəssisəsinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Rafiq Əliyev xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusu olduğunu bildirib. Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini – qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdiyi deyən Rafiq Əliyev, qələbəmizin birliyimizin yenilməz gücünü ortaya qoyduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli müzəffər Azərbaycan Ordusunun gücü və Cənab Ali Baş Komandanın qətiyyəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu, doğma torpaqlarımızın düşmən əsarətindən azad edilərək, tarixi ədalətin bəpa olunduğunu diqqətə çatdırıb. Fərid Vaqifli 44 günlük Vətən müharibəsində xalq-ordu birliyindən danışaraq, bu birliyin qurucusunun Cənab Prezident İlham Əliyev olduğunu bildirib. Tarixi qələbəmizin mənəvi dünyamızı da çox zənginləşdirdiyini deyən Fərid Vaqifli, xalqın dövlətə və dövlətçiliyə bağlılıq tellərinin daha da möhkəmləndiyini vurğulayıb.
Çıxış edən Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, “Vətən müharibəsi” iştirakçısı Samir Kərimov xalqımızın şanlı zəfərinin iştirakçısı olduğu üçün fəxr etdiyini bildirərək, 44 günlük müharibədə xalq-ordu birliyinin, Cənab Ali Baş Komandanın dəmir yumruğunun birdaha əyani şahidi olduğunu qeyd edib. Samir Kərimov keçdiyi şərəfli döyüş yolu ilə bağlı xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra “Vətən Naminə” sənədli filiminin nümayiş keçirilib.