Məşhur fransalı aktyor vəfat edib

Məşhur fransalı aktyor Jan-Pol Belmondo 89 yaşında vəfat edib.
Media1.az “France24”-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.
J.P. Belmondonun kinoda debütü 1957-ci ildə olub. “Peşəkar”, “Son nəfəsdə”, “Oğru”, “Macərapərəstlər” və b. filmlərlə yadda qalıb.
Aktyor 2001-ci ildə insult keçirmişdi. 2015-ci ildə karyerasını bitirdiyini açıqlamışdı.
Kinematoqrafiyadakı xidmətlərinə görə 2016-cı ildə “Qızıl Şir” mükafatına layiq görülüb.