Mingəçevir su anbarında çimən gənc batıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə anbarın qeyri-çimərlik ərazisində baş verib.
Şəki sakini olduğu deyilən 21 yaşlı gənc çimərkən batıb. Dalğıc-axtarış qrupu meyiti çıxararaq aidiyyatı üzrə təhvil verib.
Onun kimliyi dəqiqləşdirilir.