Azərbaycan güləşçisi erməni rəqibini böyük hesabla məğlub edib
Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyanı 9:0 hesabı ilə məğlub edib.
Güləş üzrə Fərdi Dünya Kuboku davam edir.
Media1.az Apasport-a istinadla xəbər verir ki, Azərbaycan millisinin güləşçisi yarışın ikinci gününə uğurla başlayıb.
Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib.
Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.