Riyaziyyat müəllimi olmaq istəyənlər üçün imtahan keçirilir

İmtahanlarda 3 min 291 nəfərin iştirakı gözlənilir
İyulun 13-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.
Təhsil Nazirliyindən Media1.az-a bildirilib ki, bu gün riyaziyyat fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.
İmtahanlarda 3 min 291 nəfərin iştirakı gözlənilir.