24 İyun 2025

Gecələr Bərdənin Bakı küçəsindəki işıqlar gur yanacaq

Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov bu barədə özünün facebook səhifəsində paylaşım edib.

Media1.az bələdiyyə sədrinə istinadən xəbər verir ki, Bərdə şəhərinin girişindən başlayaraq, “Bayraq Meydanı”, “Şəhidlər Xiyaban”ı, eləcə də Bakı küçəsi də daxil olmaqla başlanılmış yol qırağı işıqlandırma işi sona çatdırılıb.

İndi Bərdənin gecələri işıqlı və gözəl görünməklə bərabər , sürücülər üçün də təhlükəsizlik baxımından əlverişli olacaqdır.

Həmişə işıqlarımız, belə gur yansın!!!