01 Oktyabr 2025

98 saylı Bərdə-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdə şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət etmişdir.

Millət vəkili torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, məzarları önünə gül dəstələri qoymuşdur. Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunmuş və xalqımızın yaddaşında əbədi yaşayacaq qəhrəmanlıqları bir daha dərin hörmət və minnətdarlıqla anılmışdır.