19 Noyabr 2025

Tari̇xi̇ ci̇nayət hüquqi̇ konteksdə

“1948-1953-cü il deportasiyası ermənilərin siyasi riyakarlığı kontekstində” və s. bölmələrində müəllif erməni vandallarının xalqımıza qarşı törətdiyi tarixi cinayətləri faktlarla göstərib. Səməd Vəkilov kitabda yeni, çox qiymətli məlumatları verib, həmçinin müəllif bu faktlara öz hüquqi polemikasını bildirmiş, fikir və münasibətini yeri gəldikcə vurğulamışdır.

Bu kitabın üstün cəhətlərindən biri də, İrəvan torpaqlarının qədimliyi, onun tarixi keçmişi, ululuğu, mənəvi zənginliyini oxucu diqqətinə çatdırmaq təəssübkeşliyidir. Fikrimizcə, müəllif layiqincə bunun da öhdəsindən gəlib.

Müəllifin tarixi faktlar və mənbələrə istinadən araşdırma qeydləri maraq doğurur və bunlar kitabın elmi üslubunu səciyyələndirir, təsir gücünü artırır.

Qeyd edək ki, bu kitaba qədər Səməd Vəkilov “Çağdaş Azərbaycanda islam və müasir cəmiyyət” (həmmüəllif), “Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması”, “Hüquq və mədəniyyət”, “Sədaqət və cəsarət kredosu”, “Qərbi Azərbaycandan deportasiya, İmirlidə məskunlaşma” kitablarının müəllifidir. “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabı müəllifin sayca beşinci kitabıdır.

Nəticə etibarilə demək mümkündür ki, müəllifin deportasiya ilə bağlı çap olunmuş həm əvvəlki, həm də bu kitabı xalqın milli özünüdərk, milli kimliyimiz, tarixi keçmişimizlə bağlı yazılmış araşdırmalar sırasına qoşula bilər. Müəllif bu kitabın çapı ilə həmin dövrdə baş vermiş hadisələrə yenidən işıq salıb, həmin illərə bugünkü müstəqillik dövründən baxaraq obyektiv izahlar verib, faktları ortaya çıxarıb. Bu kitab Qərbi Azərbaycana geri qayıdış konsepsiyası ideyasında çap olunan araşdırmaların davamı kimi təqdirəlayiqdir!

Filologiya üzrə fəlsəfə doktoru YEGANƏ XANLAROVA