06 Avqust 2025

AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TƏBRİZ QULİYEVİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

05 avqust 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Quliyev Təbriz İlqar oğlunun doğum günü münasibətilə Qırılı kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin digər şəhidlərimizin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun