700 bal toplayan tələbə Azərbaycan universitetlərindən imtina etdi

700 bal toplayan tələbə Azərbaycan universitetlərindən imtina edib.
Sfera.az xəbər verir ki, bu haqda Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Məlumata görə, 4-cü qrup üzrə 700 bal toplayan Nigar Ağazadə Azərbaycan universitetlərində təhsil almaqdan imtina edib.
O, Ankara universitetində Tibb fakültəsində tam təqaüdlü təhsili seçib.