18 Aprel 2024

“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi Bərdədə tədbir təşkil edib

Fevralın 25-də Azərbaycan Respublikasının QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin “Vətən müharibəsi iştirakçıları , şəhid ailəsi üzvləri və müharibədən zərər çəkmiş şəxslərə Sosial təminat hüququ sahəsində dəstəyin verilməsi adlı tədbur keçirilib.

Tədbir Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecingə təşkil edilib.

Layihənin rəhbəri Aydın Zeynalov , layihənin məqsəd və məzmunu haqqında məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi, vətən müharibəsi və şəhid ailələrinin hüquqi problemlərinin dairəsənin müəyyən olunması və mövcud problemlərin həllinə hüquqi dəstəyin verilməsindən ibarətdir.

Layihənin təlimçisi, Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov , qazi və teteranlarımızı dinləyərək , onların suallarına cavab verib. İştirakçıları sualları dinlənilib, lazımı qeydiyyatını aparılıb. Aidiyyatı üzrə müraciətlər cavablandırılıb. İştirakçılara faydalı məsləhətlər verilib.

Tədbirdə Xocalı faciəsini əks etdirən video-çarx səsləndirilib.